Skip to content
Global sound
Məclisdən İçəri

Məclisdən İçəri

by Fatima Huseynova

Latest episode
Oktyabr: "Arayı Kapatalım"

About this podcast

Fatima bu podkastda zamana qarşı yarışmağı bir qırağa qoyub, rahatca və uzun-uzun hislərindən, münasibətlərindən və getdiyi yollardan söhbət açır. Onun şirin söhbətinə yolda gedərkən, ev işi görərkən və s. qulaq asan məclisdən içəridəkilər dərindən nəfəs alıb, həyatı qucaqlamağa çalışacaqlar.

Episodes

  • Oktyabr: "Arayı Kapatalım" · 31 min · Season 4 Episode 25Terapiya necə gedir, bir dil kitabının terapevtik effekti ola bilərmi, hobbi nə olan şeydir? Bu səsdə bu suallara cavab tapacaqsınız. Bölümdə dediyim o YouTube videosu: "this…
  • Payızın Haqqını Vermək · 31 min · Season 4 Episode 24I sat in a café the other day and contemplated autumn. Here are my thoughts on how to live this season before it slips through our fingers. Now over to you. Sosial media…
  • İşdə Necə "Biabır" Oldum? · 32 min · Season 3 Episode 23Korporativ görüşümüz necə keçdi, prezentasiyamı necə təqdim etdim və işdə yaşadığım "biabırçılıq". Gördüyünüz kimi, bu dəfə bölüm iş ətrafında dönəcək. Sosial media hesabları: ⁠…
  • Terapiyaya Başladım · 32 min · Season 3 Episode 22Bu epizodda Fatima terapiyaya başlamasından danışır və prosesə dair ilk təəssüratlarını səmimi şəkildə dinləyicilərlə bölüşür. O, həmçinin Almaniya vətəndaşlıq imtahanının necə…
  • Tükənmiş Hiss Edirəm · 47 min · Season 3 Episode 21Bu bölümdə Fatima insanlarla bağlı hazırda tükənmiş hiss etdiyini və necə bu nöqtəyə gəlməsindən danışır. Sosial media hesabları: ⁠ • "Məclisdən İçəri"-nin səhifəsi⁠ • Mənim…
  • Catch-Up Time! (mamanın gəlişi & obsessiyalarım & ağlımdakılar) · 39 min · Season 3 Episode 20Rahat formada dinləməlisiz bu bölümü, çünki mən çox rahat danışdım bu dəfə!! Sosial media hesabları: ⁠ • "Məclisdən İçəri"-nin səhifəsi⁠ • Mənim ⁠bloqum⁠⁠ • YouTube kanalım⁠…
  • Düşünmədən Yaşamaq · 20 min · Season 3 Episode 19Həyatın qızğın temposunda nə qədərimiz özünün həyatdakı mövqesiylə bağlı suallara cavab verir, və ya dayanıb baş verənlərlə bağlı düşünür? Bir sözlə, bu bölümdə mövzumuz…
  • Bəlkə Daha Çətinini Də Bacararam? · 29 min · Season 3 Episode 18Daha çoxunu, ya da daha çətinini etmək potensialında olduğumuzu, görəsən, necə bilə bilərik? Fatima bu bölümdə potensialımızı su üzünə çıxarmaq üzərinə danışır. Sosial media…
  • Fərqində Olmadan Dəyişmək · 35 min · Season 3 Episode 17Olduğumuz insan hər gün dəyişir. Bir gün dəyişdiyimizin fərqinə varanda necə hiss edəcəyik? Sosial media hesabları: ⁠ • "Məclisdən İçəri"-nin səhifəsi⁠ • Mənim ⁠bloqum⁠⁠ •…
  • 7 Maddə ilə Hədəf Qoymaq · 33 min · Season 3 Episode 16Həm illik, həm də gündəlik hədəflərimizi necə qoyaq ki, onları reallaşdıra bilək? Bu bölümdə komfort zona, disiplin və motivasiya kimi vacib nüanslara da toxunuruq. Bu bölümdə…
  • 2025 Hədəflərim: Nə Qədərinə Çata Bildim? · 36 min · Season 3 Episode 15Bu bölümdə "Həyat çarxı" konsepti üzrə 2025-ci il üçün qoyduğum hədəflərin üzərindən keçirik. Bu bölümdə tövsiyə olunan materiallar: • The Dance of Anger by Harriet Lerner…
  • Hisləri Adlandırmaq · 44 min · Season 3 Episode 14Hislərimizi adlandırmaq nədir? Niyə hislərimizi adlandırmalıyıq? Bu bölümdə Fatima 2025-ci ili hislər üzrə periodlara bölərək dinləyicilərlə bu müddətdə baş verənləri bölüşür…
  • Sağlam Təklik · 34 min · Season 2 Episode 13Necə sağlam şəkildə tək qala bilərik ki, həyatımıza gələn biri yalnız içimizdəki boşluğu doldurmaq məqsədi daşımasın? Fatima bu seriyada tək olduğu günlərə qayıdaraq həmin…
  • Mərhələlər · 35 min · Season 2 Episode 12Ötən ay Fatima birdən-birə içində olduğu, artıq 4 il davam edən döngü və ya mərhələnin bitdiyini hiss edir və bunu dinləyiciləri ilə bölüşmək qərarına gəlir. O, "başlanğıcdan…
  • İş Yerində Rəqabət · 32 min · Season 1 Episode 11Fatima bir neçə gün əvvəl qatıldığı iş tədbirindən heyrət dolu vəziyyətdə qayıdır: iş yoldaşının davranışları ona qəribə görünür. Bu seriyada o, konfidensiallığı qoruyaraq…
  • Səbir · 32 min · Season 1 Episode 10Avqustun son günlərinin birində Fatima yaşadıqlarını analiz edərkən bu podkastı hazırlamaq qərarına gəlir. Mövzu isə aydındır: səbir göstərmək. Hadisələrin başlanğıcında təşviş…
  • Həzmdən Qaçmamaq və Komfort Zona · 34 min · Season 1 Episode 9Bu bölümdə Fatima son bir ayda öyrəndiyi dərsləri dinləyicilərlə bölüşür: baş verən nisbətən ağır dəyişiklikləri həzm etməyin, ağlamaqdan qaçmamağın vacibliyi və komfort zonanı…
  • Ich Schaffe Das: Mən Bunu Bacaracağam · 30 min · Season 1 Episode 8Bu dəfə söhbət dil və işdən gedir: bir tərəfdən alman dili B2 sertifikatını almaq, digər tərəfdən isə iş intervyularında ana dili alman olanlarla rəqabətdə olmaq. Özgüvən. Fatima…
  • Odlar Yurdundan Təəssüratlar: 2024 Edition · 35 min · Season 1 Episode 7Azərbaycandan təzəlikcə qayıdan Fatima təəssüratlarını dinləyicilərlə bölüşür. Qısaca desək, bu epizod əsasən bu mövzu ətrafında cərəyan edir: özümüzlə, köklərimizlə əlaqəmiz…
  • Bir az Güvən, Bir az Şübhə · 39 min · Season 1 Episode 6Alman dili imtahanında baş verənlər Fatimanı həqiqətin nə olduğuyla bağlı düşünməyə vadar edir: indi o, həqiqətdə olan həqiqət və qavranılan həqiqət məfhumları arasında ayırd…
  • Boz Günlər · 40 min · Season 1 Episode 5Azərbaycanda yaşamaq da çətindir, xaricdə yaşamaq da. "Sən öz çətinini seç". Çətin və boz günlərdən keçən Fatima öz depressiv hislərindən danışaraq bu vəziyyəti necə həzm…
  • Kirpinin Zərifliyi: Mümkünsə, Çayla Dinləyin · 32 min · Season 1 Episode 4Fatima təzəlikcə oxuyub bitirdiyi kitabdan onda "ilişib qalan" hissələri dinləyicilərlə bölüşür: çayın dəyərliliyi, bolluq prinsipi, keçmişimizdə yaşadıqlarımızın bu günümüzə…
  • Bayramlı Düşüncələr · 20 min · Season 1 Episode 3Bu epizod boyunca Fatima dekabrda üzləşdiyi bir sıra mövzulara toxunur: son sosial media postlarının onda yaratdığı hislər, işindən məmnun olub-olmadığı və insanın bayrama…
  • Özünümüşahidə · 42 min · Season 1 Episode 2Bu seriyada Fatima son həftələrdə insanlara "yox" demək çabalarından, özünü ekrandan uzaqlaşdırmağa çalışmasından və zehni yüklənməsindən danışır. Onun fikrincə, özünümüşahidə bu…
  • Başlanğıc · 11 min · Season 1 Episode 1Fatima bu epizodda "Məclisdən İçəri"-nin yaranma hekayəsindən danışır və dinləyicilərini bu podkastdan nə gözləmələri ilə bağlı istiqamətləndirir.Sosial media…

Live, last hour: 2,978 songs on 7,706 stations in 142 countries

Discover the world through radio

More ways to discover (9)

Heard something good? Save it, or open it straight away in Spotify.

The SailContinue listening