Epizódjegyzetek
İnsan yeni bir ölkədə özünü nə vaxt həqiqətən “evdəki kimi” hiss etməyə başlayır? 🇫🇮
Finlandiyaya ilk gəldiyim vaxt hər şey mənə yeni və maraqlı gəlirdi — dil, insanlar, səssizlik, gündəlik həyat... Özümü sanki turist kimi hiss edirdim.
Amma zaman keçdikcə bir vaxtlar mənə yad gələn şeylər adi həyatımın bir hissəsinə çevrildi. Və mən də fərqinə varmadan dəyişdim.
Bu epizodda Finlandiyadakı ilk günlərimdən, mədəni fərqlərdən, gülməli səhvlərimdən, tənhalıqdan və yad bir ölkədə yavaş-yavaş özünə həyat qurmaqdan danışıram. 🤍

