About this podcast
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Episodes
The newest 20 of 815 episodes
- Səhv etmək təhlükəli olmamalıdır | Əfşan Mehdiyeva · 13 min · Season 8 Episode 69Yeni videomuzda təlim və inkişaf üzrə ekspert Əfşan Mehdiyeva psixoloji təhlükəsizliyin həyatımızdakı əhəmiyyətindən danışır, insanların qorxmadan sual verə, səhvlərini etiraf…
- Süni intellekt dövründə memarlıq | Nigar İbrahimzadə · 12 min · Season 8 Episode 68Yeni videomuz süni intellektin memarlıqda yaradıcılıq prosesinə təsirinə həsr olunub. Memar Nigar İbrahimzadə süni intellektin memara qısa zamanda çoxsaylı alternativlər təqdim…
- Niyə sərmayə həmişə iqtisadi inkişaf gətirmir? | Fikrət Valehli · 19 min · Season 8 Episode 67Yeni videomuz ölkələr arasında iqtisadi inkişaf və məhsuldarlıq fərqlərinin səbəblərinə həsr olunub. İrvayn Kaliforniya Universitetinin iqtisadiyyat üzrə doktorantı Fikrət…
- Perfeksionizm haqqında bilməli olduqlarımız | Humay Eminzadə · 14 min · Season 8 Episode 66Klinik psixoloq Humay Eminzadənin sözlərinə görə, mükəmməlliyə can atmaq bəzən insanın inkişafına təkan vermək əvəzinə, onun qarşısında maneəyə çevrilir. Perfeksionizmin…
- Azərbaycanda təsviri sənət bazarı | Elçin Hüseyn · 13 min · Season 8 Episode 65Sənətşünas Elçin Hüseyn ölkədə təsviri sənət bazarından, rəssamların öz yaradıcılıqlarına və fəaliyyətlərinə yanaşmasından, cəmiyyətin incəsənətə münasibətindən danışır. Onun…
- Breyk-dans: rəqs, idman və həyat tərzi | Fariz Musayev · 13 min · Season 8 Episode 64Xoreoqraf Fariz Musayev bildirir ki, breyk-dans rəqs və idman növü olmaqla yanaşı, həm də özünü sərbəst ifadə etmək və yaradıcılığını ortaya qoymaq üçün gözəl fürsətdir…
- Psixoterapiyada neyrofərqlilik: yanaşmalar və çətinliklər | Səbinə Nəzərova · 15 min · Season 8 Episode 63Psixoloq və psixoterapevt Səbinə Nəzərova psixoterapiyada neyrofərqliliyin nəzərə alınmasının vacibliyindən danışır. Onun sözlərinə görə, autizm, diqqət əskikliyi və…
- Qadınların gözü ilə şəhər | Fidan Novruzova · 25 min · Season 8 Episode 62Urbanistika üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin qadınların gündəlik ehtiyacları və təcrübələri nəzərə alınaraq planlaşdırılmasının əhəmiyyətindən danışır. İnsanlar eyni…
- ABŞ-da hüquq təhsili və hüquqşünas hazırlığı | Altay Mustafayev · 28 min · Season 8 Episode 61ADA Universitetinin hüquq fakültəsinin professoru, İndiana Universitetinin hüquq elmləri doktoru Altay Mustafayev qeyd edir ki, ABŞ-da hüquq təhsilində nəzəri biliklərlə yanaşı…
- Vizyon nədir və bizə necə kömək edir? | Pərviz Abbasov · 12 min · Season 8 Episode 60Hüquqşünas, Nyu-York Ştatı Vəkillər Kollegiyasının üzvü Pərviz Abbasovla vizyon anlayışının insanın şəxsi və peşəkar həyatındakı rolundan danışdıq. Qonağımız qeyd edir ki, vizyon…
- SevilFest: Eşidilməyi gözləyən hekayələr | Aygün Rəşidova · 15 min · Season 8 Episode 59Kiçik bir təşəbbüs kimi başlayan SevilFest bu gün Azərbaycanın bir neçə şəhərində keçirilir və müxtəlif ölkələrdən rejissorları, filmləri və tamaşaçıları bir araya gətirir…
- Bir şəhəri anlamaq üçün onu piyada gəzməliyik | Anar Əliyev · 19 min · Season 8 Episode 58Bloqer Anar Əliyevlə danimarkalı urbanist Yan Gelin bu yaxınlarda Azərbaycan dilində nəşr edilən “İnsan yönümlü şəhərlər” kitabı haqqında danışdıq. Kitab şəhərə insan gözü ilə…
- Köç yolu: Yaşayan ənənə, davam edən mədəniyyət | Elçin Kərimov · 21 min · Season 8 Episode 57Azərbaycanda əsrlərdir davam edən yarımköçəri həyat tərzi bu gün də yaşayır. Yaylaqla qışlaq arasında uzanan Köç yolu adi bir yol deyil, həm də Azərbaycan tarixinin və…
- Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik? | İkram Gabiyev · 10 min · Season 8 Episode 56Süni intellekt dövründə rəqabətdə geri qalmamaq və aktuallığı itirməmək üçün təkcə nəzəri biliklər artıq kifayət etmir. Google şirkətində proqram mühəndisi kimi çalışan İkram…
- Büdcə planlaması: Xərclərimizi nə qədər düzgün idarə edirik? | Nərgiz Əkbərova · 14 min · Season 8 Episode 55Peşəkar kouç Nərgiz Əkbərova gəlir və xərcləri düzgün idarə etməyin, eləcə də maliyyə hədəflərinə çatmağın praktik yollarını bölüşür. O deyir ki, büdcə planlaması insanın…
- Universitetlər arasında daha yaxşı reytinq uğrunda yarış | Cavid Cəfərov · 13 min · Season 8 Episode 54Breda Universitetinin tədqiqat və strateji inkişaf üzrə mütəxəssisi Cavid Cəfərov qlobal miqyasda rəqabət üzərində formalaşmış ali təhsil ekosistemində universitet reytinqlərinin…
- Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə · 17 min · Season 8 Episode 53Klinik psixoloq Humay Eminzadə asılılığın beyində necə formalaşdığını, onun qərarvermə, emosiyalar və gündəlik həyata təsirini elmi əsaslarla izah edir. Spiker sosial media və…
- Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova · 12 min · Season 8 Episode 52Yeni videomuzda kommunikasiya üzrə ekspert Jalə Abbasova yumşaq bacarıqların gələcəyin ən vacib kompetensiyalarından biri olacağını əsaslandırır. O, texniki biliklərin uğur üçün…
- Handicraft Baku: Yaradıcı sahibkarları bir araya gətirən məkan | Jalə Nəcəfova · 13 min · Season 8 Episode 51Handicraft Baku platformasının həmtəsisçisi Jalə Nəcəfova ölkədə yerli brendlərin inkişafı üçün formalaşdırılan dəstək platformasının yaranma hekayəsini bölüşür. O, çıxışında…
- Mental sağlamlıq: Uşaqları və gəncləri nə qədər eşidirik? | Gülsüm Məmmədova · 11 min · Season 8 Episode 50Yeni videomuzda uşaqlar və gənclərlə iş üzrə mütəxəssis, mental sağlamlıq üzrə tədqiqatçı Gülsüm Məmmədova uşaqların və gənclərin ailə, məktəb və sosial mühitdə qazandıqları…




