Avsnittsbeskrivning
Yeni videomuz süni intellektin memarlıqda yaradıcılıq prosesinə təsirinə həsr olunub.
Memar Nigar İbrahimzadə süni intellektin memara qısa zamanda çoxsaylı alternativlər təqdim etməklə yaradıcılıq prosesini sürətləndirdiyini, lakin bunun insanın ideya yaradan şəxsdən daha çox seçim edən tərəfə çevrilməsi riskini də artırdığını deyir.
Qonağımız həmçinin süni intellektin memarın düşüncə tərzinə, yaxşı dizayn haqqında təsəvvürlərinə təsirindən və bu prosesdə insanın yaradıcı və qərarverici rolunu qorumasının vacibliyindən danışır.
Webbplats: infoq5g.podbean.com
