Episodebeskrivelse
Sənətşünas, Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının Vizual Sənət və Performans şöbəsinin koordinatoru Ülkər Əliyeva ilə sənətçinin formalaşmasına təsir edən amillər barədə danışmışıq.
Spiker vurğulayır ki, sənətçiyə hazır cavablar vermək əvəzinə, ona sual verməyi və öz ifadə vasitəsini tapmağı öyrətmək lazımdır. Qonağımızın sözlərinə görə, bəzən ən güclü sənət əsəri cavabdan daha çox sual doğurur, səhv isə yeni yaradıcılıq imkanına çevrilir.
Nettsted: infoq5g.podbean.com

